11:01 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Əsas kapitala investisiyalar növbəti il və 2026-2028-ci illərdə orta illik 3% real artım olacağı, o cümlədən qeyri neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların isə 2026-2028-ci illərdə orta illik 3,7% artacağı proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, əsas kapitala investisiyaların dinamikası və onun qeyri neft-qaz iqtisadiyyatının şaxələnməsinə, iqtisadi artıma və məşğulluğa töhfəsi əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində daxili və xarici investisiyaların cəlbi və bərpa-yenidənqurma işlərinin sürətlənməsi, qeyri neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların həcminin illik 10-15% artması hədəfi, dövlət investisiyalarının, o cümlədən büdcədən maliyyələşən investisiyaların və dövlət şirkətlərinin sərmayələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, infrastruktur layihələrinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlığının genişlənməsi siyasətlərinin həyata keçirilməsi, özəl sektorda investisiya fəallığının artınıması üçün bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi hesabına formalaşacaqdır.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025