330x110
 

Səhiyyə Nazirliyində İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar nüfuzlu ekspert şirkəti ilə görüş keçirilib

31.08.2018,11:34


31 avqust, Fineko/abc.az. Səhiyyə Nazirliyində növbəti dəfə beynəlxalq nüfuzlu ekspert şirkəti McKinsey və İcbari Tibbi Sığorta agentliyinin nümayəndələri ilə görüş keçirilib. Baş tutan görüşdə Səhiyyə Nazirliyi ilə McKinsey şirkətinin sıx əmədaşlığı çərçivəsində İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sahəsində həyata keçiriləcək islahatlar və strateji plan müzakirə olunub. Layihəyə dair səsləndirilmiş təkliflərə rəylər bildirilib.

McKinsey şirkətinin nümayəndələri layihənin uğurla davam etdirilməsində Səhiyyə Nazirliyinin böyük rolu olduğunu qeyd edərək, əməkdaşlığı yüksək qiymətləndirib və öz təşəkkürlərini bildiriblər. Sonda növbəti müzakirələr ilə bağlı görüşlər təyin edilib.