15:24 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti son 10 ayda Azərbaycana gələn turistlərin sayını açıqlayıb.
ABC.AZ xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 1,5 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 49,0 faiz, İordaniyadan – 40,0 faiz, Polşadan – 35,5 faiz, İrandan – 33,2 faiz, İtaliyadan – 32,4 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 27,0 faiz, Yəməndən – 26,2 faiz, Niderlanddan – 21,7 faiz, Almaniyadan – 21,3 faiz, ABŞ-dan – 20,7 faiz, Misirdən – 20,0 faiz, Özbəkistandan – 19,5 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Ukraynadan – 17,0 faiz, Tacikistandan – 16,7 faiz, Türkiyədən – 15,8 faiz, Fransadan – 14,6 faiz, Küveytdən – 12,1 faiz, Böyük Britaniyadan – 11,4 faiz, Moldovadan – 10,6 faiz artıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.
17 Yanvar 2025
17 Yanvar 2025