Sentyabrın 1-nə olan hava haqqında məlumat

14:31 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Sabah, sentyabrın 1-də Bakıda və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70%, gündüz 40-45% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sentyabrın 1-də dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Gecə 18-23, gündüz  30-35, dağlarda gecə 12-17, gündüz  20-25 dərəcə isti olacaq.

 

Bütün xəbərlər