11:05 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. Kreml və Qərb arasında kəskin eskalasiya və Ukraynanın ABŞ-nin uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə ilk zərbələri Moskva Birjasında səhmlərin, dövlət istiqrazlarının və rubl məzənnəsinin sərt şəkildə düşməsinə səbəb olub.
ABC.AZ xəbər verir ki, çərşənbə axşamı keçirilmiş hərrac sessiyasının nəticələrinə əsasən, Rusiyanın ən iri 50 şirkətinin səhmlərini əhatə edən Moskva Birjası indeksi 3,32 % enərək 2630,5 bəndə düşüb. Bu çöküş son iki ilin ən böyüyü olub ki, bu indeks kapitalizasiyasının 179 milyard rubl azalması deməkdir.
Səhmlərin dollar dəyərini izləyən RTS indeksi isə kapitalizasiyada təxminən 2 milyard dollar və ya 3,43 % itirib. Hərracın bağlanışında 828,38 bənd səviyyəsində olan indeks, müharibənin ilk günündən (24 fevral 2022-ci il) bəri ən aşağı səviyyəyə çatıb.
Birjada qiyməti artan səhmlər, demək olar ki, olmayıb. Saat 20:14-ə (Bakı vaxtı ilə 21:14) olan vəziyyətə görə, “Sberbank” səhmləri 3,3 %, “Qazprom” – 3 %, “Rosneft” – 2,9 % ucuzlaşıb. “Severstal”ın qiymətli kağızları 3,7 %, “Mechel” – 4,1 %, “Rosset” isə 5,2 % düşüb.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025