Gələn il tələbə kreditlərinin sayı 60 minə çatacaq - Nazir

16:02 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. Gələn il rəsmiləşən tələbə kreditlərinin sayı 60 minə çatacaq.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə zərfi müzakirələrinə həsr olunmuş iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Təhsil Tələbə krediti Fondunda artıq 44 mindən çox kredit rəsmiləşib. Gələn il rəsmiləşən kreditlərin sayı 60 minə çatacaq”, - deyə nazir bildirib.