16:28 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 391.1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4 faiz az investisiya yönəldilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 2343,9 milyon manatı (95,7 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83 faizini təşkil edib.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025