16:45 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat vəsait nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin 2025-ci ilin büdcə müzakirələrində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir xatırladıb ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub: “Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025