Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək - Deputat

14:43 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.

ABC.AZ xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək:

“Amma Fondun xərclərinə diqqət yetirsək, bütövlükdə işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcmi 17 milyon manat proqnozlaşdırılıb. Bu, Fondun xərclərinin 6,5 %-i deməkdir. Qalan 93,5 % digər istiqamətlərə yönəldiləcək. Yəni bu o deməkdir ki, Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, Fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6,5 %-idir. Ona görə də Fondun adının dəyişdirilməsini təklif edirəm”. (Report)