“TURAZ Şahini - 2018” təlimlərində iştirak edəcək Azərbaycan HHQ-nin aviasiya vasitələri Türkiyəyə yola düşüb

17:00 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.

Bütün xəbərlər