Azərbaycan “İstiqlal” snayper tüfəngini Pakistan və İordaniyaya satır

11:19 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur.

ABC.AZ xəbər verir ki, bunu Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Bəybala Bağırbəyli “Qazax” Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, “İstiqlal” snayper tüfəngi döyüş əməliyyatlarında uğurla istifadə olunub:

“Silahın satışı məhduddur və məhdud ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir”. (Report)