“Hyatt Regency Baku”nu bundan sonra başqa sahibkar idarə edəcək

14:12 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Bakıda ilk 5 ulduz kimi fəaliyyətə başlayan “Hyatt Regency Baku” hotelinə yeni baş direktor təyin edilib.

ABC.AZ xəbər verir ki, Elgün Məmmədov Məmməd oğlu idarəedici şirkət olan “Bakı Hotel Kompani” QSC-nin direktoru təyin edilib.

Buna qədər Kamran Heydərov Avtandil oğlu şirkətin direktoru kimi çalışırdı.

Qeyd edək ki, 2021-ci ilin noyabrına qədər hoteli “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə olunurdu. Hazırda qeyd edilən hotel “Bakı Hotel Kompani” QSC-yə məxsusdur. banker