330x110
 

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

31.08.2018,17:45


31 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 63 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Bankədə 1, Salyanda 6, Surrada 9, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2017-ci il avqustun 31-də 347 sm), Şirvanda 179 sm (2017-ci il avqustun 31-də 227 sm), Salyanda 107 sm (2017-ci il avqustun 31-də 153 sm), Bankədə 171 sm (2017-ci il avqustun 31-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2017-ci il avqustun 31-də 52 sm) təşkil edir.