Gələn il Qazaxın yeni işğaldan azad olunan kəndlərinin bərpasına başlanacaq

15:50 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək. 

ABC.AZ xəbər verir ki, bu sözləri Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində zastava müvəqqəti qurulub:

"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək". (Report)