17:16 - 22.11.2024
22 noyabr, Fineko/abc.az. “Bakı Sığorta” ASC ləğv olunduğunu elan edir.
ABC.AZ xəbər verir ki, bu barədə ASC özü məlumat xarakterli elan yayıb.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bank (AMB) bu ilin sentyabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Bakı Sığorta” ASC-nin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsini məhdudlaşdırıb.
Oktyabrın 7-də isə “Bakı Sığorta” ASC-nin İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqında iştirakına xitam verilib və şirkət büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025