Azərbaycanda tərəvəz məhsullarının istehsalı artıb, ya azalıb?

10:43 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. 2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.

Məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib. 2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub.

Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub.