14:01 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Bildiyimiz kimi, Azərbaycanda eyni işi görən müxtəlif adda qurumlar var. Zaman-zaman sözügedən qurumlar optimallaşdırılaraq ya ləğv edilib, ya da birləşdirilib.
Buna baxmayaraq bəzi insanlar hələ də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) eyni işi gördüyünü və bu sahədə iki qurumun olmasını düzgün hesab etmir. Elə ona görə də hesab edirlər ki, ya bu qurumlardan biri ləğv edilməli, ya da birləşdirilməlidirlər.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov ABC.AZ-a bildirdi ki, burada bir neçə fərqli yanaşma var.
Ekspert hesab edir ki, belə bir təcrübə bir sıra ölkələrdə var, amma, inkişaf etmiş ölkələrin praktikası başqadır:
"İnkişaf etməkdə olan ölkələrin praktikası daha fərqlidir. Misal üçün inkişaf etməkdə olan ölkələrdə avtomobil yollarını inşa edən, ona nəzarət edən bir qurum var. Amma, yol hərəkətinin təşkili ilə bağlı, müəyyən nüanslarla bağlı hərəkətin təşkilində bir balaca avtomobil yolları ilə yox, dövlət yol polisi ilə müəyyən oxşarlıqlar var. Yəni, bu qurumun işlərində yol hərəkətinin təşkil edilməsi, küçələrin bağlanması və yaxud da zolaqların çəkilməsində oxşarlıqlar var.
AYNA-nın texniki imkanları məhduddur, işçi qrupu, resursu yoxdur ki, yol çəksinlər və ya bu tipdə başqa işləri görsünlər. AAYDA-nın isə resursları daha genişdir. Hər iki təşkilat Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə daxildir. Və bu holdinq vasitəsi ilə müəyyən investisiyaların həyata keçirilməsi ilə bağlı hesabat hazırlayırlar, hesabat verirlər. Ona görə də hər hansı qurumun bağlanması və ya birləşdirilməsi kimi ideya düşünürəm ki, real görünmür. Xüsusən Qarabağda yenidənqurma işlərinin vüsət aldığı vaxtda qəti mümkün ola bilməz".
Müəllif: Elmir Murad
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024