Ermənistan KTMT-nin Astanadakı tədbirlərində iştirak etməyəcək 

17:09 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Ermənistan noyabrın 28-də Astanada keçiriləcək KTMT tədbirlərində iştirak etməyəcək.

ABC.AZ xəbər verir ki, Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyevin sözlərinə görə, eyni zamanda, Yerevan bu iclaslarda planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.