Hotellərin doluluq səviyyəsinə görə seçilən rayonlar - SİYAHI

11:30 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycan hotellərinin birdəfəlik dolum səviyyəsi 24,8% təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox dolum 63,2% göstərici ilə Şabran rayonunda olub.

Bu dövrdə Naftalan hotellərinin 45,3%-i, Bakı hotellərinin isə 39,7%-i dolub.

Əksər rayonlardakı hotellərdəki yerlərin çox boş qalıb.

Məsələn Neftaçlada hotellərin doluluq səviyyəsi 0,5%-i, Lerikdə 0,8%-i, Daşkəsəndə 1,1%-i, Gədəbəydə 1,4%-i, Qazaxda 2%-i dolub.