15:24 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. 2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın 17 sığorta şirkətindən 5-nin sığorta haqları azalıb, 12-nin isə artıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox azalma “İpək Yolu Sığorta” şirkətində qeydə alınıb.
Belə ki, adıçəkilən şirkətin 10 ayda yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 66% azalıb.
Lisenziyası ləğv prosesində olan "BakıSığorta" şirkətində də yığımlarla bağlı prosedur heç də ürəkaçan deyil. Şirkətin 10 ayda yığımları 65 faiz azalıb.
Yığımları 16 faiz azalan "Aqrar Sığorta" şirkətində də maliyyə durumu müsbət qiymətləndirilmir. "Qala Sığorta"nın da yığımları azalıb.
Şirkət 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz daha az yığım həyata keçirə bilib.
Müəllif: Elmir Murad
17 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025