16:43 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətlərindən biri yük sığortası üzrə rekord məbləğdə ödəniş həyata keçirib.
ABC.AZ xəbər verir ki, sığorta hadisəsi Türkiyənin İstanbul şəhərində baş verib.
Belə ki, Bosfor Boğazında 80 metr uzunluğunda “AYED 1” yük gəmisi ilə 180 metr uzunluğunda “BUNUN ACE” yük gəmisi toqquşub, qəza nəticəsində sahilə istiqamətlənmiş gəminin içində yer alan yük Azərbaycan şirkətinin sığorta təminatı altında olub.
Hadisə nəticəsində tələb edilən təqribən 900 000 ABŞ dolları sığorta ödənişi 15 gün ərzində tam şəkildə verilib. Ödəniş şirkətin maliyyə sabitliyinə mənfi təsir göstərməyib. (Report)
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025