Azercell media nümayəndələri üçün “Media texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edəcək

20:11 - 26.11.2024


Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir

“Azercell Telekom” MMC jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərini davam edir. Lider mobil operator 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında bu sahə üzrə yazan jurnalistlər üçün xüsusi təlim təşkil edəcək. Beynəlxalq təlim mərkəzi tərəfindən “Media texnologiyaları: yeniliklər və trendlər” mövzusunda həyata keçiriləcək təlim jurnalistlərə yeni media tendensiyaları və qabaqcıl texnologiyalar haqqında biliklərini dərinləşdirmək imkanı verəcək.

Təlimdə iştirak etmək istəyən jurnalistlərdən https://forms.office.com/r/g1VyFRzqvD səhifəsindən qeydiyyatdan keçmək xahiş olunur. Çap və elektron kütləvi informasiya vasitələrində ən azı bir il iş təcrübəsinə malik  media nümayəndələri müvafiq anketi dolduraraq şəxsi məlumatları ilə yanaşı, son 6 ay ərzində (25.11.2014 tarixinə kimi) texnologiya, innovasiya, rəqəmsal inkişaf mövzularında dərc etdikləri məqalələrini/yazılarını da təqdim etməlidirlər.

Müraciətlər Mətbuat Şurasının üzvü daxil olmaqla, bu sahənin ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Bütün kriteriyalara uyğun gələn jurnalistlərə təlimdə iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.

Son müraciət tarixi: 01.12.2024

Azercell-in təşəbbüsləri və qarşıdan gələn tədbirlər haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/ saytına daxil ola bilərsiniz.