İlham Əliyev Qırğızıstan Respublikasına səfərə gəlib

09:38 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Qırğızıstan Respublikasına səfərə gəlib.

Dövlət başçısının rəsmi saytında deyildiyi kimi, prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana gəlib.

Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

 

Bütün xəbərlər