Yığımları 10 ayda 70 milyon manatı keçən sığorta növü - Hesabat

16:59 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 70 milyon 943 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 278 min manat və ya 3% azdır.

2023-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 68 milyon 665 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 2 milyon 563 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 679 min manat və ya 2 dəfə azdır.

Keçən ilin eyni dövründə 5 milyon 242 min manat sığorta ödənişləri edilmişdi.