10:03 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. “Bakı Telefon Rabitəsi” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
ABC.AZ xəbər verir ki, nəticədə inzibati tənbeh tətbiq edilib.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatında olub.
16 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
13 Yanvar 2025