11:14 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. “Qala Həyat Sığorta” ASC-nin 2024-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət 10 ayda 20.361 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 1.088 mln manat və ya 5% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 21.449 mln. manat təşkil edib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025