12:16 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın ləğvi hələ planlaşdırılmır.
ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov məlumat verib.
“Qadağanın ləğv edilməsi ilə bağlı planlar yoxdur. Xəzər dənizində nərə balığı ehtiyatları ilə bağlı vəziyyət kifayət qədər pisdir. Xəzəryanı ölkələrin beştərəfli komissiyası yaradılıb. Yeri gəlmişkən, bu komissiya dekabrda Həştərxanda toplaşacaq. Düşünürəm ki, biz növbəti dəfə nərə balıqlarının kommersiya ovuna məhdudiyyətlər tətbiq edəcəyik. Buna görə də Xəzərdə nərə balıqlarının ovlanmasına icazə verilməsi planlaşdırılmır”, – o bildirib.
Agentliyin rəhbəri əlavə edib ki, digər regionlarda, ilk növbədə, Amurda və Azov dənizində nərə balığı ehtiyatlarının artması müşahidə olunur.
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025