16:52 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Türk İnvestisiya Fondu (TIF) nəqliyyat sahəsində, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə diqqət yetirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu TIF prezidenti Bağdat Amreyev Aşqabadda BMT-nin dayanıqlı nəqliyyat üzrə iclasında bildirib.
"Dayanıqlı Nəqliyyat Dostları Qrupunun (GFST) nazirlərin iclası bu il noyabrın 27-də Türkmənistan və Çinin birgə sədrliyi ilə Aşqabadda keçirilib. İclasda BMT-nin dayanıqlı nəqliyyat, yol təhlükəsizliyinin artırılması və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması sahəsində məqsədlərinə nail olmaq üçün birgə səylərə, eləcə də strateji tərəfdaşlığa, həmçinin dayanıqlı nəqliyyat həllərinin hazırlanmasına və innovativ "yaşıl texnologiya”ların tətbiqinə xüsusi diqqət yetirilib", - məlumatda qeyd edilb.
B.Amreyev çıxışında nəqliyyat və gömrük əməkdaşlığının türk əməkdaşlığı gündəliyində prioritet olaraq qaldığını qeyd edib. (Trend)
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025