Azərbaycanın İspaniyaya illik neft ixracı 77 faizdən çox azalıb

17:17 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İspaniyaya neft ixracı illik müqayisədə 77,5% azalaraq 250,3 min ton təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ölkənin İspaniyaya ixrac etdiyi neftin dəyəri isə 142,9 milyon dollar olub. Bu da illik müqayisədə 79,5% azdır.