Türkiyə neft alışını xeyli azaldıb - Hesabat

17:23 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Türkiyənin neft və neft məhsulları idxalı sentyabr ayında 25,5% azalaraq 3 milyon 250 min 18 tona enib.

ABC.AZ xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) sentyabr ayı “Neft Bazarı Sektoru Hesabatı”nda deyilir.

Məlumata görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neftin idxalı 43,1% azalaraq 1 milyon 686 min 454 tona enib.

Bu dövrdə dizel növlərinin idxalı 14,9 faiz artaraq 1 milyon 162 min 859 tona çatıb.

Ən çox xam neft və neft məhsulları idxalı 781 min 367 ton ilə Rusiyadan, 464 min 751 ton ilə İraqdan və 211 min 334 ton ilə Qazaxıstandan olub.