“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası Foto

17:23 - 28.11.2024


Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol Azərbaycandakı müştəriləri üçün "Əfsanə günlər” kampaniyasına başlayır. İlin əfsanə endirimlərinin yer aldığı kampaniya 27 noyabr-2 dekabr tarixlərini əhatə edəcək. 

 “Əfsanə günlər”də Trendyol istifadəçiləri elektronikadan mətbəx avadanlıqlarına, dəbli geyimlərdən şəxsi baxım məhsullarına qədər bütün kateqoriyalarda “Noyabr 25” kodu ilə 25 faizlik endirim fürsəti qazanacaq. Əlavə olaraq, alış-veriş həvəskarları seçilmiş məhsullarda 60 faizədək endirim əldə etməklə daha çox fürsətlərdən yararlana biləcəklər.

Həmçinin, “Trendyol”un sevilən "Qazandıran çarx" və "Paylaş-Qazan" kampaniyaları da əlavə şanslar verməyə davam edəcək.

Kampaniya müddətində şirkət Bakı bulvarında, Azərbaycan Dövlət Kukla teatrının yaxınlığında -  piyada keçidinin önündəki stendində müştərilərini qarşılayacaq və onlara əlavə endirim fürsəti qazandırmağa davam edəcək. Belə ki, Trendyol stendinin ziyarətçiləri təşkil olunmuş yarışlarda iştirak edərək 5000, 2000, 750, 500, 200 və 100 TL məbləğində endirim kuponları əldə edə biləcəklər.