Neft bahalaşır, Brent bir barel üçün 73,35 təşkil edir

09:35 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti cümə günü hərracda artır.

Brent markalı neftin yanvar ayı üçün ICE Futures birjasında qiyməti saat 09:25-də $0,07 (0,10%) artaraq bir barel üçün $73,35-a yüksəldi. Noyabrın 28 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,45 (0,62%) artaraq bir barel üçün $73,28-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25-də $0,26 (0,38%) artaraq bir barel üçün $69,14-a yüksəldi. Noyabrın 28-də ABŞ-da Şükran Günü qeyd etməsi səbəbindən ticarət aparılmayıb.