DİN-in qurumu 3 milyon manata işıqforlar alacaq

10:50 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmışlayihə-İstehsalat İdarəsi “Yol Nişan” MMC ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə işıqfor, ehtiyyat hissələri və zəruri mal-materialların satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 604 019 manatdır.