Ərəblər Azərbaycanda müştərək şirkət yaratdı

10:57 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. Əbu-Dabidə qeydiyyatda olan “Volts Energy Ltd.” mühəndislik şirkəti və Azərbaycanın “Turan Energy” MMC müştərək şirkət yaradıblar.

ABC.AZ xəbər verir ki, müştərək şirkət Azərbaycanda “Turan Volts Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə qeydiyyata alınıb.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 2, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, M. 315 ünvanında dövlət qeydiyyatına düşüb. Şirkətin 1000 manat nizamnamə kapitalı var.

“Turan Volts Energy” MMC-nin direktoru Anar Səmədov Ağamahmud oğludur.

Şirkətlər hələ iki ay öncə anlaşmışdılar. Yeni birgə müəssisə Azərbaycanda fəaliyyət göstərəcək və bərpa olunan enerji və enerji saxlama sistemləri üzrə layihələndirmə, təchizat və tikinti layihələrinə (EPC) fokuslanacaq. (Banker.az)