“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC buna görə cərimələndi

11:46 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tullantılar haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib. 

ABC.AZ-ın məlumatına görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, tullantılar haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir. (İqtisadiyyat.az)