14:32 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.
ABC.AZ xəbər verir ki, parlamentin plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
Bundan başqa, qanuna təklif edilən daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024