15:14 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. “Lukoil”un törəmə şirkəti Teboil, 2025-ci ilin yanvarında Finlandiyada dörd yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Finlandiyalı ictimai yayımçı Yle məlumat verib.
Teboil-ə qarşı əvvəllər sanksiyalar tətbiq edilmişdi, 2022-ci ilin oktyabr ayından etibarən isə şirkət öz yanacaqdoldurma məntəqələrində Rusiya neftinin idxalını və satışını dayandırdı.
Yanacaqdoldurma məntəqələri Helsinki, Luumyaki, Oulu və Tuusulada yerləşəcək. 2024-cü ildə şirkət Viitasaari, Simo və Lahti daxil olmaqla Finlandiyanın digər şəhərlərində yeni yanacaqdoldurma məntəqələri açmışdı. Planlaşdırılan yanacaqdoldurma məntəqələrindən biri Rusiya ilə sərhəddən cəmi 50 km məsafədə, əvvəllər Teboil texniki xidmət Stansiyasının yerləşdiyi yerdə olacaq.
Teboil-in əməliyyat mənfəəti 2021-ci ildə 19 milyon avrodan çox olub, lakin 2023-cü ildə 210 min avroya enib. Ancaq nəşrin yazdığına görə, mənfəətin azalması şirkətin 2024-cü ildə yeni yanacaqdoldurma məntəqələri açmasına mane olmadı.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025