16:32 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bunu Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Overçuk noyabrın 28-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin bu məsələni qaldırdığını söyləyib.
Rusiya hökumətinin sədr müavini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi barədə də danışıb. Bildirib ki, “Şimal-Cənub” dəhlizi qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir: “Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi kompleks şəkildə nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”.
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024