17:20 - 29.11.2024
29 noyabr, Fineko/abc.az. Milli Məclis yaşıllıqları məhv etmə və ya zədələməyə görə cərimələrin artırılmasını III oxunuşda təsdiqləyib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
10 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024
9 Dekabr 2024