"Uğurlu" MMC cərimələnə bilər

17:31 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. "Uğurlu" MMC barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta üzrə cərimə oluna bilər.

ABC.AZ xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.3-cü  maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.