Neft bahalaşır, Brent bir barelə $72,19 təşkil edir

09:35 - 2.12.2024


2 dekabr, Fineko/abc.az.  Etalon markaların qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

Brent markalı neftin fevral fyuçersi ICE Futures birjasında saat 09:28-ə qədər $0,35 (0,49%) artaraq bir barel üçün $72,19-a yüksəldi. Noyabrın 29-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,94 (1,29%) azalaraq bir barel üçün $71,84-a enib.

Saat 09:28-ə qədər NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,33 (0,49%) artaraq bir barel üçün $68,33-a yüksəldi. 29 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,10 (1,59%) – bir barel üçün $68,00-a düşdü.

Ötən həftə Brent markalı neft 2,97%, WTI nefti isə 4,55% ucuzlaşıb.