10:03 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Rusiyanın federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl (təxminən 11 milyard ABŞ dolları), 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış 2025-ci il və 2026-2027-ci illər planı dövrü üçün federal büdcə haqqında qanunda qeyd olunub.
Sənədə görə, federal büdcənin gəlirləri 2025-ci ildə 40,296 trilyon rubl (təxminən 680 milyard manat), 2026-cı ildə 41,84 trilyon rubl və 2027-ci ildə 43,154 trilyon rubl proqnozlaşdırılır.
Xərclər 2025-ci ildə 41,469 trilyon rubl, 2026-cı ildə 44,022 trilyon rubl, 2027-ci ildə isə 45,915 trilyon rubl səviyyəsində gözlənilir.
Beləliklə, federal büdcə kəsiri 2025-ci ildə 1,173 trilyon rubl, 2026-cı ildə 2,181 trilyon rubl, 2027-ci ildə isə 2,761 trilyon rubl təşkil edəcək.
İnflyasiya səviyyəsinin 2025-ci ildə 4,5 %, 2026 və 2027-ci illərdə isə 4 % olacağı proqnozlaşdırılır.
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025