Bankların verdiyi ipoteka kreditləri illik müqayisədə 712 miyon manat çoxalıb

10:20 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. 2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının ipoteta kredit portfeli 4 milyard 174,6 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, ipoteka kredit portfeli aylıq müqayisədə 29,3 milyon manat (0,7%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 545,4 milyon manat (15%), illik müqayisədə 712,6 milyon manat (20,6%) böyüyüb.

Qeyd edək ki, ipoetka kredit portfeli bu ilin oktyabrın 1-nə 4 milyard 145,3 milyon manat, yanvarın 1-nə 3 milyard 629,2 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 462 milyon manat təşkil edib.