İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib

11:00 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ xəbər verir ki, nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir.