11:27 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Sentyabr ayında ABŞ-da neft hasilatı 157 min barel azalaraq ayda 13,20 milyon b/s çatıb. Bu, yanvar ayından etibarən ən böyük enişdir.
ABC.AZ xəbər verir ki, hasilatın azalması Meksika körfəzindəki Fransin və Elen qasırğaları səbəbindən bir sıra neft və qaz istehsal müəssisələrinin uzun müddət bağlanması ilə bağlıdır. Dəniz şelfində neft hasilatı 12% azalaraq 1,58 milyon b/s-ə enib ki, bu da son üç ildə ən aşağı göstəricidir.
Bundan əlavə, ABŞ-ın 48 ştatında ümumi təbii qaz hasilatı ardıcıl ikinci ay azalmağa davam edərək gündə 114,9 milyard kubmetrə çatıb.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025