16:26 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 37 milyard 22,1 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 30,8 milyon manat və ya 5,8% çoxdur.
Cari ilin noyabrın 1-nə cəmi depozit və əmanətlərin 14 milyard 266 milyon manatı ev təsərrüfatlarına, 3 milyard 23,6 milyon manatı maliyyə təşkilatlarına, 19 milyard 732,5 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.
İllik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard 702 milyon manat (13,5%), maliyyə təşkilatlarına məxsus depozitlər 1 milyard 94 milyon manat (56,7%) artıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 765 milyon manat (3,73%) azalıb.
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025