Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsi 4 dəfə artıb

16:53 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 4,1 dəfəyədək artaraq 375,8 milyon dolları üstələyib.

ABC.AZ xəbər verir ki, Azərbaycandan Afrika ölkələrinə ixrac: 290,1 milyon dollar (+5,2 dəfə), Afrika ölkələrindən Azərbaycana 85,7 milyon dollarlıq (+2,3 dəfə) idxal həyata keçirilib.

Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,95 faiz təşkil edib. Bu da bir il öncəki göstəricidən 0,74 faiz bəndi çoxdur.