17:05 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Ötən il 100 ən böyük silah istehsalçısının gəliri 632 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı məlumat verib.
Qeyd edilib ki, 2018-ci ildən bəri siyahının başında olan 5 şirkətin hamısı ABŞ-də yerləşir. Bu şirkətlər "Lockheed Martin", "RTX", "Northrop Grumman", "Boeing" və "General Dynamics"dir.
Qlobal müdafiə sənayesinin 100 ən böyük şirkəti arasında cəmi 41 ABŞ şirkəti 2023-cü ildə 317 milyard dollar dəyərində silah satıb ki, bu da bütün satışların 50 faizini təşkil edir. Bu göstərici ötən illə müqayisədə isə 2,5 faiz artım deməkdir.
Siyahıda yer alan Çinin 9 silah şirkətinin ümumi satışları əvvəlki ilə nisbətən 0,7 faiz artaraq 103 milyard dollara çatıb. Çin istehsalçılarından 3-ü (NORINCO, AVIC, CETC) siyahının ilk 10-luğuna daxil olub. Çin şirkətlərinin ümumi satışları bütün qlobal satışların 16 faizini təşkil edib.
Ən yaxşı 100 şirkət arasında mərkəzi ofisi Avropada yerləşən 27 şirkət olsa da, onların ümumi silah satışları 0,2 faiz artaraq 133 milyard dollara çatıb. Hesabatda Avropa şirkətləri tərəfindən sifariş qəbulunun artdığı və bəzi şirkətlərin Ukraynadakı müharibə ilə bağlı tələbatda artım müşahidə edildiyi bildirilib.
Məlumat çatışmazlığı səbəbindən 2023-cü ildə ən böyük 100 şirkət siyahısına yalnız iki Rusiya şirkəti daxil edilib. Onların ümumi satışdan gəliri 40 faiz artaraq 25,5 milyard dollara çatıb.
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025