17:26 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 28 milyon 593 min ABŞ dolları dəyərində gəmi, qayıq və üzən konstruksiyalar idxal edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon 65 min ABŞ dolları və ya 61,7% azdır.
Bu dövrdə gəmi idxalı Azərbaycanın ümumi idxalının 0,17%-ni təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan 74 milyon 658 min ABŞ dolları dəyərində gəmi, qayıq və üzən konstruksiyalar idxal etmişdi.
Ötən ilin ilk 10 ayında gəmi idxalı Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib.
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025