Bu şəhərdə metropoliten açıldı

18:07 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Ər-Riyadda metropoliten açılıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat verir.

Metronun işə salınmasının ilk mərhələsində altı xətdən üçü açılıb. Birincisi (38 km) şəhərin şimalından cənubuna, ikincisi (29 km) mərkəzdən Kral Xalid beynəlxalq hava limanına, üçüncüsü (30 km) şimal və şimal-şərqdəki əraziləri birləşdirir.

Dekabrın 15-də qərbdən şərqə uzanan dördüncü xəttin (25 km) və şəhərin mərkəzindən keçən beşinci (13 km) xəttin açılması gözlənilir. 5 yanvar 2025-ci il tarixinə planlaşdırılan üçüncü mərhələ, Riyadın qərbindən şərqinə keçən altıncı xəttin (41 km) başlamasını nəzərdə tutur.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, metropoliten xətlərinin ümumi uzunluğu 176 km olacaq.